Mayın 23-də Formula 1 Monako Qran-Prisinin qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, yarışda “Red Bull”un pilotu Maks Ferstappen birinci olub. Karlos Sayns (“Ferrari”) yarışı ikinci, Lando Norris (“McLaren”) isə üçüncü pillədə başa vurublar.M.Ferstappen ilk dəfə Monako Qran-Prisinin qalibi olub. Pilot, həmçinin cari mövsüm ikinci, karyerasında isə 12-ci qələbəsini qazanıb. Formula 1 tarixində ilk dəfə M.Ferstappen pilotların sıralamasında birinci pillədə yer alıb.Pilotların siyahısına 105 xalla M.Ferstappen başçılıq edir. L.Hamilton 101 xalla ikinci, L.Norris isə 56 xalla üçüncü pillədə qərarlaşıb.“Red Bull” komandası Konstruktorlar kubokunda birinci pilləyə yüksəlib. Avstriya təmsilçisinin hesabında 149 xal var. İlk üçlüyü “Mercedes” (148 xal) və “McLaren” (80 xal) komandaları tamamlayır.Növbəti yarış iki həftə sonra – iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…