Formula 1 Qran-Pri sessiyalarının vaxtı açıqlanıb

16 Yanvar 2019 13:48

Xəbər 604 dəfə oxunub

Formula 1-in yaydığı mətbuat üçün xüsusi açıqlamada 2019-cu il Qran-Pri mövsümünün bütün sessiyalarının başlanma və başa çatma vaxtları elan edilib.Azərtac xəbər verir ki, 21 mərhələdən ibarət olan çempionat martın 17-də Avstraliyada start götürür və dekabrın 1-də Əbu-Dabidə başa çatır.Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 26-dan 28-dək Bakıda keçiriləcək. İlk cümə məşqi yerli vaxtla saat 13:00-14:30-da, ikincisi isə 17:00-18:30-da baş tutacaq. Şənbə yürüşünün vaxtı 14:00-15:00, təsnifatı isə 17:00-18:00-da olacaq. Bazar günü yürüşü 16:10-da başlayır və günəşin qürubu ilə – 19:32-də yekunlaşır.xeber100.com