Formula-1 Qran-Prisi üçün marşalların qeydiyyatı başlayıb

1 Noyabr 2017 11:42

Xəbər 789 dəfə oxunub

Gələn il aprelin 27-29-da Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi üçün marşalların qeydiyyatı prosesinə başlanılıb. Proses marşallıq fəaliyyətinə dair bütün vakant yerlər dolana qədər davam edəcək.Azərtac xəbər verir ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) gələnilki yarışa 1150 marşal cəlb etmək niyyətindədir. İndiyədək Bakıda keçirilmiş Formula-1 yarışlarında yüksək peşəkarlıqla iştirak edən 1704 marşala beynəlxalq dərəcəli marşallıq lisenziyası verilib. Lisenziyası olan hər bir marşal Azərbaycan Qran-Prisi ilə yanaşı, Formula-1 dünya çempionatının istənilən mərhələsində yarışlarda iştirak üçün müraciət edə bilər.BŞH-nin idman şöbəsinin, həmçinin BMK-nın rəhbəri Çingiz Mehdiyev ölkədə marşallıq fəaliyyətinə maraq sürətlə artdığı üçün növbəti yarışla əlaqədar yeni müraciətlərin qəbul ediləcəyini bildirib: “Son illər Azərbaycanda marşallıq fəaliyyəti sürətlə inkişaf edir. Bunu Bakıda keçirilən Formula-1 yarışlarında marşal olmaq istəyənlər tərəfindən edilən çoxsaylı müraciətlərdə görmək mümkündür”.2018-ci il Formula-1 Azərbaycan Qran-Prisinin marşalı olmaq istəyən 21 yaşdan yuxarı hər bir şəxs www.bakumarshalsclub.az saytına daxil olaraq müraciət edə bilər.Marşallıq fəaliyyətinə qəbul və təlim prosesinin bütün mərhələlərindən uğurla keçən namizədlər Azərbaycan Avtomobil Federasiyası tərəfindən beynəlxalq dərəcəli marşal lisenziyası ilə təmin olunacaqlar. Bu lisenziyanı əldə edən hər bir marşal trekə ən yaxın mövqedən yarışı canlı izləyə biləcək, həmçinin yarış ərəfəsində keçiriləcək müxtəlif tədbirlərdə iştirak etməklə yanaşı, digər ölkələrdə keçirilən Qran-prilərdə yer almaqla Formula-1 dünyasını yaxından kəşf etmək imkanına sahib olacaqlar.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02