Formula-1 Qran-prisinə bilet satışı davam edir

12 Fevral 2017 11:27

Xəbər 786 dəfə oxunub

Formula-1 Azərbaycan Qran-prisi üçün müxtəlif bilet seçimləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəsmi internet səhifəsi ilə yanaşı, paytaxtın böyük alış-veriş mərkəzlərində, həmçinin digər ictimai əhəmiyyətli yerlərdəki bilet satışı məntəqələrində alıcılara təqdim olunur.BŞH-dən Azərtac-a bildiriblər ki, ötən həftədən etibarən təklif olunan birgünlük və ikigünlük biletləri əldə edən şəxslər tribunalarda əyləşərək trekin müxtəlif yerlərindən yarışı izləməklə yanaşı, Dənizkənarı Milli Parkdakı Formula-1 şəhərciyində keçiriləcək bir sıra əyləncə tədbirlərində, o cümlədən yarış həftəsonunun axşamlarında əsas səhnədə konsert proqramlarında iştirak edə biləcəklər.xatırladaq ki, Formula-1 Azərbaycan Qran-prisi iyunun 23-25-də Bakıda keçiriləcək.xeber100.com