Formula 1 Rusiya Qran-Prisinə bilet satışına başlanıb

29 Sentyabr 2020 07:56

Xəbər 522 dəfə oxunub

Formula 1 Rusiya Qran-Prisinin promouteri ANO “Rosgonki” gələn il üçün bilet satışına başlayıb.Azərtac xəbər verir ki, azarkeşlər 2021-ci ildə keçiriləcək Rusiya Qran-Prisinə biletləri minimal qiymətlərlə ala biləcəklər. Ən sərfəli biletlər 2990 rubla başa gələcək. T3 və T4 tribunalarına biletlərin qiyməti 5 min 490 rubl, T1 və T2-yə 6 min 990 rubl, əsas tirbunalara isə 11 min 990 rubl olacaq.Minimum qiymətə biletlərin sayı məhduddur. Bilet satışları oktyabrın 18-dək başa çatacaq. Erkən satış bitdikdən sonra biletlərin qiyməti dəyişəcək.xeber100.com