2020-ci ilin Formula 1 təqvimi mövsüm ərzində 22 mərhələyədək genişləndiriləcək.Azərtac Motorsport Week saytına istinadla xəbər verir ki, Kataloniya hökumətinin Formula 1 mərhələsinə maliyyə vəsaiti ayırması qərarından sonra çempionatın rəhbərliyi təqvimdən yalnız bir mərhələni – Almaniya Qran-Prisini çıxarmağı planlaşdırır. Təqvimdən çıxmağa daha iki namizəd – Meksika və İtaliya mərhələləri də əvvəllər Böyük Britaniya Qran-Prisinin etdiyi kimi, kontraktı uzatmağı nəzərdə tuturlar.Təqvimə Niderland və Vyetnam mərhələlərinin əlavə olunacağını və cəmi bir ölkənin çempionatı tərk edəcəyini nəzərə alaraq, böyük ehtimalla mövsümün təqvimi 22 yürüşədək genişləndiriləcək. Qeyd edək ki, 2020-ci il üçün yalnız bir mərhələnin – Avstraliya Qran-Prisinin tarixi məlumdur. Gələn il martın 15-də məhz bu mərhələ ilə mövsümün açılışı olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…