Əbu-Dabidə 2017-ci ilin Formula-1 təqviminin yeni versiyası müzakirə olunub.Azərtac “f-1.az” saytına istinadla xəbər verir ki, əvvəlki ildən fərqli olaraq, yeni təqvimdə Almaniya Qran-prisinə yer verilməyib. Yarışın təşkilatçıları Berni Ekklstoun ilə maliyyə məsələsində razılığa gələ bilməyiblər. Kanada və Braziliya yarışlarının taleyi hələ də sual altındadır.Yeni təqvimdə Macarıstan Qran-prisi Almaniyadakı yarış üçün təyin olunmuş günlərdə – iyulun 28-30-da keçiriləcəyi əks olunub. Digər bir fərq isə Sinqapur və Malayziya yarışları ilə bağlıdır. Sentyabrda Sepanqdakı yarışın Sinqapur Qran-prisindən əvvəl keçiriləcəyi qeyd edilmişdisə də, bu dəfə onların yerləri dəyişdirilib. Cari mövsümdə olduğu kimi, Sinqapur yarışı əvvəl keçiriləcək.Mövsümdən əvvəl testlərin tarixlərində dəyişiklik olmayacaq. İlk testlər fevralın 27-dən martın 2-dək, ikinci testlər isə martın 7-10-da Barselonada keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…