Oktyabrın 10-da Formula 1 Türkiyə Qran-Prisinin qalibi müəyyənləşib.“İstanbul-Park” avtodromunda təşkil olunan mövsümün 16-cı yarışında “Mercedes”in pilotu Valtteri Bottas birinci olub. İlk üçlüyü “Red Bull Racing”in pilotları Maks Ferstappen və Serxio Peres tamamlayıblar.V.Bottas mövsümdə birinci, karyerasında isə onuncu qələbəsini qazanıb. Türkiyə Qran-Prisi Formula 1 tarixinə düşüb. Belə ki, yarışın tarixində 12-ci dəfədir ki, bütün pilotlar yarışı başa vurmağı bacarıblar.Beləliklə, Formula 1 üzrə dünya çempionatının Avropa mərhələsinə yekun vurulub.Pilotların siyahısına 262,5 xalla M.Ferstappen başçılıq edir. Luis Hamilton (“Mercedes”) 256,5 xalla ikinci, V.Bottas isə 177 xalla üçüncü pillədə yer alıb.Konstruktorlar kubokunda “Mercedes” 433,5 xalla birincidir. Hesabında 397,5 xal olan “Red Bull Racing” ikinci, “McLaren” isə 240 xalla üçüncü yerdə qərarlaşıb.Növbəti yarış iki həftə sonra ABŞ-da təşkil olunacaq.Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində “Red Bull”un pilotu Serxio Peres qalib olmuşdu.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…