Martın 17-də Melbrunda Formula 1 üzrə dünya çempionatına Avstraliya Qran-Prisi ilə start verilib.Azərtac xəbər verir ki, yarışdan əvvəl Beynəlxalq Avtomobil Federasiyasının rəsmiləri və pilotlar ötən günü dünyasını dəyişmiş Formula 1-in yarış direktoru Çarli Uaytinqin xatirəsini bir dəqiqlik sükutla yad ediblər.Daha sonra “Albert Park” avtodromunda yeni mövsümün ilk yarışı başlayıb. Uzunluğu 5,303 kilometr olan trasda gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Mercedes”in pilotu Valtteri Bottas birinci olub. Onun komanda yoldaşı Luis Hamilton ikinci pillədə qərarlaşıb. İlk üçlüyü “Red Bull Racing”in pilotu Maks Ferstappen qapayıb.Karyerasında dördüncü qələbəsini qazanan V.Bottas ən yaxşı dönməyə görə də hesabına 1 xal yazdırıb.Pilotların sıralamasında 26 xalla V.Bottas birinci, L.Hamilton (18 xal) ikinci, M.Ferstappen (15 xal) üçüncü, Sebastian Fettel (12 xal) dördüncü, Şarl Lekler (10 xal, hər ikisi “Ferrari”) isə beşinci pillədə yer alıblar.Konstruktorlar kubokuna isə 44 xalla “Mercedes” başçılıq edir. “Ferrari” 22 xalla ikinci, “Red Bull Racing” isə 15 xalla üçüncüdür.Növbəti yarış martın 29-31-də Bəhreyndə təşkil olunacaq. Azərbaycan Qran-Prisi isə aprelin 26-28-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…