Formula 1 üzrə dünya çempionatının 11-ci mərhələsi – Ayfel Qran-Prisi start götürür. Yarış Almaniyanın “Nurburqrinq” avtodromunda keçiriləcək.Azərtac xəbər verir ki, yarışda “Mercedes”in təmsilçisi Luis Hamilton Formula 1-in yeddiqat dünya çempionu almaniyalı Mixael Şumaxerin rekordunu təkrarlaya bilər. Britaniyalı sürücü bu nailiyyətə çatmaq üçün Soçidəki son mərhələdə ilk cəhdində fürsəti əldən verib. Bunun səbəbi L.Hamiltonun səhv yerlərdə hazırlıq keçməsinə görə aldığı iki beş saniyəlik cərimə olub. Nəticədə, o, üçüncü yerdə qərarlaşıb. İngiltərəli sürücü ikinci cəhdini bir sıra ölkələrin koronavirus şəraitində mərhələ keçirməkdən imtina etməsindən sonra mövsüm təqviminə daxil edilən Ayfel Qran-Prisində edəcək.Bu yarış, həm də, M.Şumaxerin oğlu Mikin qatılacağı ilk Formula 1 turniri olacaq. O, ilk məşqini “Alfa Romeo” komandası ilə keçirəcək. Onun “Ferrari”dəki komanda yoldaşı britaniyalı Kallum Aylott də Formula 1-də debüt məşqini edəcək.“Nurburqrinq”də Formula 1 mərhələsi sonuncu dəfə 2013-cü ildə keçirilib və alman Sebastyan Fettelin çempionluğu ilə başa çatıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…