Formula 1 üzrə dünya çempionatının növbəti yarışı keçiriləcək

4 Oktyabr 2018 12:39

Xəbər 858 dəfə oxunub

Oktyabrın 5-7-də Yaponiyada Formula 1 üzrə dünya çempionatının növbəti Qran-Pri yarışı keçiriləcək.Azərtac xəbər verir ki, yarışın üçüncü stüardı müəyyənləşib. Cari ilin aprelində Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin ədalət təmsilçisi Tom Kristensen Yaponiyaya dəvət olunub.İyirmi dörd saatlıq Le-Man yarışlarının doqquzqat qalibi cari mövsüm Azərbaycan ilə yanaşı, Böyük Britaniya Qran-Prisinin də stüardı olub.Yarışda mübahisəli məqamlara T.Kristensen ilə birgə, Beynəlxalq Avtomobil Federasiyasının Apelyasiya Məhkəməsinin üzvü Niş Şetti və Avstraliya Avtoidman Konfederasiyasının sabiq vitse-prezidenti Stiven Çoppinq aydınlıq gətirəcəklər.xeber100.com