Formula 1 yarışlarının kommersiya direktoru Şon Bratçes bildirib ki, 2019-cu il mövsümünün təqvimi 24-26 avqust tarixlərində keçiriləcək Belçika Qran-Prisinə qədər dərc olunacaq. “F1News.ru” saytına istinadla xəbər verir ki, Bratçes mərhələlərin sayını açıqlamaqdan imtina edib. Bildirib ki, bu il olduğu kimi, gələn il də 21 yarışın gözlənildiyi istisna edilmir. “Liberty Media”da Almaniya Qran-Prisini təqvimdə saxlamağa çalışırlar.Şon Bratçes deyib: “Biz alman mərhələsinin saxlanılmasında maraqlıyıq. İyirmi bir Qran-Pridən yalnız üçündə – Avstriya, Böyük Britaniya və Almaniyada yarışlar yerli hökumətin dəstəyi olmadan keçirilir və biz bu məsələnin həlli yollarını tapmağa çalışırıq. Biz ağ bayraq qaldırmağa və 2019-cu ildə Almaniyadakı yarışlardan imtina etməyə hazır deyilik. Bununla bağlı razılıq əldə edilməsində hamı maraqlıdır. Bu gözəl ölkənin çoxlu trası var”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…