Formula 1 yarışlarının Braziliya Qran-Prisi mərhələsində

21 Noyabr 2018 12:46

Xəbər 679 dəfə oxunub

Formula 1-in icraçı direktoru Çeyz Keri Braziliyanın Rio-de-Janeyro şəhərinə səfər edib.Azərtac “GPBlog” saytına istinadla xəbər verir ki, səfərdə məqsəd Formula 1 yarışlarının Braziliya Qran-Prisi mərhələsinin bu şəhərdə keçirilməsi imkanlarını qiymətləndirmək olub.Bundan əvvəl Formula 1 rəhbərliyinin Braziliya Qran-Prisi təşkilatçılarından iki il müddətinə üzvlük haqqı almayacağı barədə xəbərlər yayılıb. Formula 1 rəhbərliyinin İnterlaqos trası üzrə hazırkı kontraktı 2020-ci ildə başa çatır.Qeyd edək ki, Braziliya Qran-Prisi əvvəllər Rio-de-Janeyrodakı trasda keçirilib. Lakin 2016-cı il Olimpiya Oyunları ərəfəsində burada yerləşən avtodrom fəaliyyətini dayandırıb. San-Paulu şəhərinin meri Joao Doria isə vurğulayıb ki, Braziliya Qran-Prisinin başqa şəhərdə keçirilməsi barədə xəbərlər KİV-lər tərəfindən uydurulub.xeber100.com