2020-ci ildə Vyetnamın paytaxtı Hanoy şəhərində ilk dəfə olaraq Formula 1 yarışlarının mərhələsi keçiriləcək.F1News.ru saytı xəbər verir ki, gələn həftə Hanoy trasının konfiqurasiyasının təqdimatı nəzərdə tutulur.Yeni Qran-Prinin təqdimatına dəvətnamədə deyilir: “Hanoyun hakimiyyət orqanları FOM ilə kontrakt bağlayıblar. Beləliklə, 2020-ci ilin aprel ayından başlayaraq bu şəhər rəsmən Formula 1 mərhələsinin keçiriləcəyi yer olacaq”.Hanoyun hakimiyyət orqanları əvvəlcə istəyirdilər ki, tras Köhnə Şəhərin yaxınlığındakı Hoankyem gölünün ətrafı ilə keçsin, lakin yekunda bu trası Mi Din stadionunun yaxınlığına keçirmək qərara alınıb, çünki orada yol paytaxtın mərkəzi ilə müqayisədə daha genişdir.Formula 1 yarışlarının direktoru Çarli Uaytinq bu yaxınlarda Hanoya səfər edib. O əmindir ki, tras vaxtında hazır olacaq. Trasın bir hissəsi mövcud yollar boyunca keçəcək, bir hissəsi isə hələ tikilməlidir, lakin bu, problem yaratmamalıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…