Formula 2 üzrə növbəti yarışın qalibləri müəyyən olunub

28 Aprel 2019 13:13

Xəbər 612 dəfə oxunub

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışın qalibləri müəyyən olunub.Trend-in məlumatına görə, yarışın qalibi DAMS komandasının pilotu Nikolas Latifi olub. İkinci və üçüncü yeri müvafiq olaraq “Charouz”un pilotu Juan Manuel Korrea və “Campos Racing” komandasının pilotu Jk Atiken qazanıb.Qeyd edək ki, Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində keçirilən Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparırdı.xeber100.com