Formula 2 və Formula 3 yarışlarının 2020-ci il üçün ilkin təqvimi açıqlanıb.Azərtac “autosport.com” saytına istinadla xəbər verir ki, ilkin təqvimə əsasən, iki ölkədə iki Qran-Prinin təşkil olunması nəzərdə tutulub.Mövsümə iyulun 4-5-də Avstriyada start veriləcək. Avstriyada ikinci yarış iyulun 11-12-də keçiriləcək. Böyük Britaniya iyulun 25-26-da və avqustun 1-2-də yürüşləri qəbul edəcək. Avqustun 8-9-da yarışın İspaniya və ya Almaniyada keçirilməsi planlaşdırılır. Daha sonra yarışlara avqustun 22-23-də Macarıstan, 29-30-da Belçika, sentyabrın 5-6-da isə İtaliya ev sahibliyi edəcək.Azərbaycan yalnız Formula 2 yarışlarını qəbul edəcək. Belə ki, yürüş sentyabrın 19-20-də Bakı şəhər halqasında baş tutacaq. Rusiyada da yalnız Formula 2 yarışları təşkil olunacaq (26-27 sentyabr). Mövsümə dekabrın 5-6-da keçiriləcək Bəhreyn və ayın 12-13-də baş tutacaq Abu-Dabi mərhələləri ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…