“Formula One Group” (FOM) 2018-ci il mövsümündə Formula 1 yarışlarının turnir cədvəlini təsdiq edib.“F1News.ru” xəbər verir ki, ötən illərin cədvəli ilə müqayisədə iki əhəmiyyətli dəyişiklik edilib. Əvvələn, bütün yürüşlər saatın tamamından 10 dəqiqə sonra start götürəcək. «Liberty Media”da hesab edirlər ki, bu 10 dəqiqə yarışa marağı, o cümlədən yayımın formatında dəyişikliklər hesabına artırmaqda teleşirkətlərə kömək edəcək.İkincisi, Avropa mərhələ yarışlarının vaxtı həmişəki vaxtdan 1 saat sonraya keçirilib. Braziliya yürüşü də adi vaxtından bir saat sonra start götürəcək.Digər cüzi dəyişikliklər imkan verəcək ki, yürüşlər başqa iri idman hadisələri, o cümlədən futbol üzrə dünya çempionatı ilə bir vaxta düşməsin və Qran Pri promoutorlarının istəkləri nəzərə alınsın.Qeyd edək ki, Azərbaycan Qran Prisi aprelin 27-29-da keçiriləcək. Birinci sessiya yerli vaxtla 13:00-14:30-da, ikinci sessiya 17:00-18:30-da, üçüncü sessiya 14:00-15:00-da, təsnifat 17:00-18:00-da, yürüş 16:10-da nəzərdə tutulub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…