Fövqəladə hallar haqqında qanunda dəyişiklik edilib

19 Aprel 2020 20:36

Xəbər 620 dəfə oxunub

Misir parlamenti ölkənin fövqəladə hallar haqqında qanununa dəyişiklik edərək, dövlət başçısı Əbdülfəttah əs-Sisiyə koronavirus pandemiyası ilə mübarizəyə dair əlavə səlahiyyətlər verib.Azərtac xəbər verir ki, qanuna edilən yeni dəyişiklik Misir Prezidentinə COVID-19 pandemiyası ilə əlaqədar zəruri addımların atılması səlahiyyəti verir. Belə ki, dövlət başçısı məktəblərdə və universitetlərdə təhsil prosesini, hökumət strukturlarının və özəl qurumların fəaliyyətini dayandıra, elektrik, qaz və suya olan kommunal ödənişləri təxirə sala bilər.Qanuna edilən yeni dəyişiklik dövlət başçısına şəxsi və ictimai görüşlərin, nümayişlərin, məhkəmə proseslərinin, bayram şənliklərinin də qadağan edilməsi, xarici ölkələrdən gələn vətəndaşlara karantin rejimi tətbiqi, bəzi malların və məhsulların ixracının dayandırılması, ticarətin, nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması səlahiyyəti də verir. Eyni zamanda, Prezident üç ay müddətinə bir sıra vergilərin ertələnməsi barədə də sərəncam verə bilər. Parlamentin yeni düzəlişində, həmçinin karantin xəstəxanalarının da birbaşa prezident administrasiyasının tabeliyinə verilməsi nəzərdə tutulur. Bundan başqa, ölkədə bioloji materiallarla bağlı bütün elmi və laboratoriya tədqiqatlarına ali icra orqanı nəzarət edəcək.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42