Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası 2018/2019-cu tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edir.FHN-dən Azərtac-a bildiriblər ki, Akademiyada fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Təhsilin müddəti dörd ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.Akademiyada müasir avadanlıqla təchiz edilmiş təlim mərkəzi, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinetləri kursantların istifadəsinə verilir.Məzunlara ixtisaslar üzrə bakalavr ali-peşə ixtisas dərəcəsi və ilkin zabit rütbəsi verilir. İlkin zabit rütbəsi verilmiş məzunlar Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur qurumlarında uyğun vəzifələrə təyin olunurlar.Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir. Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.Akademiyaya qəbul olmaq istəyən namizədlər boyu 170 santimetrdən az olmayan, 17 yaşını bu il sentyabrın 15-dək tamamlamış, orta məktəbin buraxılış sinfində oxuyan və yaxud müddətli həqiqi hərbi xidmətini başa vurmuş və sentyabrın 15-dək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…