Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.FHN-dən Azərtac-a bildiriblər ki, müraciətdə Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsinin xeyli artdığı qeyd olunub. Buna görə də təhlükəsizlik qaydalarına dəqiq əməl edilməsinin vacibliyi diqqətə çatdırılıb.Həmçinin qeyd olunub ki, evlərdə və şənliklərin keçirildiyi məkanlarda bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalıdır. İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, ağac tezalışan oyuncaqla bəzədilməməli, qapalı məkanda atəşfəşanlıq edilməməlidir. Bayram şənliyi ikinci mərtəbədən yuxarıda keçirilməməli, şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı, pəncərədə dəmir barmaqlıq olmamalı, məkanın iki çıxışı olmalı, ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalıdır. Eləcə də otağın qapıları mütləq bayıra açılmalı, məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı, şənlikdə işıq tam söndürülməməli, tezalışan materialdan paltar geyinilməməli, məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir.“Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”,-deyə müraciətdə vurğulanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…