Şri-Lanka prezidenti Maytripala Sirisena ölkədə silsilə terror aktlarından sonra elan edilən fövqəladə vəziyyət rejimini daha bir ay uzadıb.”Ada Derana” internet-nəşri xəbər verir ki, dövlət başçısının imzaladığı deklarasiya prezident dəftərxanası tərəfindən dərc edilib. Sənəd iyunun 22-də qüvvəyə minib.Şri-Lankanın hakimiyyət orqanları terror aktları seriyasından sonra polisə və orduya xüsusi səlahiyyət vermək üçün aprelin 22-də ölkədə fövqəladə vəziyyət rejimi tətbiq etmişdi. May ayının sonlarında rejimin müddəti uzadılmışdı.Xatırladaq ki, aprelin 21-də pasxa bayramı zamanı Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində təxminən 250 nəfər həlak olmuş, 500-dən çox insan yaralanmışdı. Hakimiyyət orqanları terror aktlarının məsuliyyətini “Tövhid camaatı” qruplaşmasının üzərinə qoymuşdu. Hücumların məsuliyyətini öz üzərinə götürən İŞİD qruplaşması isə bununla bağlı heç bir sübut təqdim etməmişdi.Rəsmi məlumata əsasən, hazırda ada dövlətinin ərazisində İŞİD terror qruplaşmasının 130-140 üzvü fəaliyyət göstərir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…