Dünyanın nüfuzlu idman nəşrlərindən olan “France Football” jurnalı futbol üzrə SSRİ yığmasının və Moskvanın “Dinamo” komandasının üzvü Lev Yaşini futbol tarixinin ən yaxşı qapıçı seçib.Azərtac xəbər verir ki, ilk üçlükdə ingiltərəli Qordon Benks və italiyalı Dino Zoff yer alıblar. İtaliyalı daha bir qolkiper, hazırda “Paris Sen-Jermen”də çıxış edən Canluici Buffon isə dördüncü pillədə qərarlaşıb. Buffon hazırda yaşıl meydanlarda çıxış edən qapıçılar arasında liderdir. Almaniyalı qapıçı Manuel Noyer beşinci, ispaniyalı İker Kasilyas isə səkkizincidir.Lev Yaşin yeganə qapıçıdır ki, “Qızıl top”a sahib olub. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında və 1960-cı il Avropa çempionatında qızıl medal qazanıb. 1954–1959-cu illərdə “Dinamo” klubunda azərbaycanlı futbolçulardan Ələkbər Məmmədov, 1966-cı il dünya çempionatında isə Anatoli Banişevski ilə birgə heyətdə yer alıb. Futbolçu 1986-cı ildə Olimpiya ordeninə və iki il sonra FIFA-nın qızıl ordeninə layiq görülüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…