“Real” klubunun və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç öz milli komandasının tərkibində qazanacağı futbol üzrə dünya çempionu titulunu bütün mükafatlardan üstün tutur. “France Football” jurnalının versiyasına görə “Qızıl top” mükafatının sahibi olmuş futbolçunun jurnalistlərə verdiyi bu bəyanatı Fransanın “L’Equipe” nəşri yayıb.TASS agentliyi xəbər verir ki, bundan əvvəl – 2018-ci ildə Modriç Beynəlxalq Futbol Federasiyasının (FIFA) versiyası üzrə dünyanın ən yaxşı futbolçusu elan edilib. Xorvat oyunçu, həmçinin UEFA-nın versiyası üzrə Avropanın ən yaxşı oyunçusu və 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının ən yaxşı futbolçusu olub. Bu çempionatın finalında xorvatlar Fransa yığmasına 2:4 hesabı ilə məğlub olublar.“Əvvəl də dediyim kimi, FIFA-nın ən yaxşı futbolçu titulunu, bütün şəxsi mükafatlarımı böyük məmnuniyyətlə dünya çempionu adına dəyişərdim. Təəssüf ki, hər şey istədiyimiz kimi alınmadı, amma Xorvatiya kimi kiçik ölkənin finala çıxması da böyük nailiyyətdir”, -deyə Modriç əlavə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…