“France Football” nəşri tarixin 10 ən yaxşı müdafiəçisinin adını təqdim edir

6 Oktyabr 2020 15:01

Xəbər 590 dəfə oxunub

Fransanın “France Football” nəşri tarixin ən yaxşı 10 müdafiəçisinin adını açıqlayıb.Azərtac xəbər verir ki, ən yaxşı müdafiəçilərin siyahısında Franko Baresi (İtaliya), Bobbi Moore (İngiltərə), Frans Bekkenbauer (Almaniya), Daniel Passarella (Argentina), Fabio Kannavaro (İtaliya), Mattiaz Sammer (Almaniya), Marsel Desailli (Fransa), Qaetano Şirea (İtaliya), Ronald Koeman (Hollandiya) və Serxio Ramos (İspaniya) yer alıblar.Siyahıda hazırda yaşıl meydanlara çıxış edən yeganə futbolçu “Real Madrid”in müdafiəçisi Serxio Ramosdur. Müdafiəçi 2005-ci ilin yayında “Sevilya”dan Madrid təmsilçisinə keçib. “Real Madrid” bu transfer üçün 27 milyon avro ödəyib.Qeyd edək ki, 34 yaşlı müdafiəçi cari mövsümdə Madrid klubunun heyətində keçirdiyi dörd oyunda 1 qol vurub. Futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayınadək etibarlıdır.xeber100.com