Kamerunda terrorçu-kamikadzelərin törətdiyi iki partlayış azı 14 nəfərin həyatına son qoyub.Bu barədə France Press agentliyi ölkənin təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, partlayışlar Nigeriya ilə sərhədin yaxınlığında yerləşən Vaza şəhərinin izdihamlı hissəsində törədilib. Hücumun “Boko Haram” qruplaşmasının yaraqlıları tərəfindən təşkil edildiyi ehtimal olunur.Nigeriyada fəaliyyət göstərən “Boko Haram” radikal qruplaşması təhsilin Avropa modelinə qarşı çıxış edir və bütün ölkədə şəriət qanunlarının tətbiqinə nail olmaq istəyir. Qruplaşma Niger, Kamerun və Çadın ona qarşı yönəlmiş hərbi kampaniyasına cavab olaraq, bu ölkələrdə müntəzəm terror aktları həyata keçirir. Dünən Nigeriyanın dörd rayonunda 20-dək insanın ölümü, 23 nəfərin yaralanması ilə nəticələnmiş silsilə partlayışlar törədilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…