Banqladeşdə leysan yağışları və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 57 nəfərədək artıb.France Presse agentliyinin yaydığı məlumata görə, Banqladeşin şərq hissəsi iyunun 12-dən etibarən güclü leysan yağışlarının təsirinə məruz qalıb. Təbii fəlakətdən ən çox Ranqamati və Bandarban əyalətləri zərər çəkib. Bu rayonlarda telefon əlaqəsi kəsilib, nəqliyyatın hərəkəti pozulub.Polisin məlumatına əsasən, Ranqamati dairəsində torpaq sürüşməsi yaşayış binasında 35 nəfərin həyatına son qoyub. Daha 6 nəfər, o cümlədən 3 uşaq Bandarbanda, 16 nəfər isə Çittaqonq şəhəri rayonunda həlak olub.Ölənlərin sayının artacağı istisna olunmur. Hazırda xilasedicilər təbii fəlakət nəticəsində zərər çəkmiş çətin keçilən rayonlara çatmağa çalışırlar.Xatırladaq ki, Banqladeşdə musson yağışlar mövsümü iyundan sentyabradək davam edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…