Fransada neftayırma zavodlarının əməkdaşlarının tətili səbəbindən ölkədə ciddi benzin çatışmazlığı təhlükəsi yaranıb. Frans-Press Agentliyinin məlumatına görə, tətil əmək qanunvericiliyində islahatlara etiraz olaraq keçirilir. Ölkə regionlarının bir sıra prefektləri benzin və dizel yanacağının satışına məhdudiyyətlər qoyub. Ajiotajın qarşısını almaq üçün kanistrlərə yanacaq doldurmaq qadağan edilib. Avtomobil sahibləri bir neçə stansiyada 1-2 saatdan çox növbədə gözləmək məcburiyyətində qalırlar. Otuz litrdən artıq yanacaq doldurmağa icazə verilmir. Bəzi yerlərdə isə yalnız cəmi beş litr yanacaq almaq mümkündür. Həmkarlar ittifaqları vəziyyətin getdikcə daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq edirlər. Tətilçilər əmək məcəlləsi islahatları layihəsi parlamentin müzakirəsindən çıxarılmayana qədər boykotu dayandırmayacaqlarını bildirirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…