Fransa-Almaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib

16 İyun 2021 09:38

Xəbər 321 dəfə oxunub

Futbol üzrə “Avro-2020”nin F qrupu çərçivəsində keçirilən Fransa-Almaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.Azərtac xəbər verir ki, Fransa yığmasının hücuma meyilli futbolçusu Pol Poqba bu görüşün ən yaxşısı seçilib.Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. “Mançester Yunayted”in formasını geyinən futbolçu bu matçda rəqibinin qapısı qarşısında bir necə təhlükəli vəziyyət yaradıb.xeber100.com