Fransa bankı “Societe Generale” neftin qiymətinə dair proqnozunu artırıb.Azərtac xəbər verir ki, bank 2018-ci ildə “Brent” markalı neftin bir barrelinin orta qiymətinə üzrə proqnozunu 62 dollardan 66 dollara artırıb. “Societe Generale” bu il üçün “Light” neftinin orta qiymətinə dair proqnozunu isə 58 dollar/barreldən 62 dollar/barrelə yüksəldib.Bank hesab edir ki, ABŞ-da neft hasilatının hazırkı artımı proqnozları üstələsə də, Venesuelanın istehsalındakı azalma da proqnozları qabaqlayır. Qeyri-OPEC ölkələrində neft hasilatında ciddi artım olacağı proqnozlaşdırılır. Lakin OPEC+ anlaşmasının ilin sonuna qədər davam etməsi və dünya iqtisadiyyatında artımın sürətlənməsi əlavə neftin yaradacağı mənfi effekti kompensasiya edəcək. Bundan başqa, 2018-ci ildə neft bazarında tarazlıq bərpa olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…