Fransa çempionatının 22-ci turu çərçivəsində

31 Yanvar 2019 12:17

Xəbər 632 dəfə oxunub

Fransa çempionatının 22-ci turu çərçivəsində “Nant” doğma azarkeşlər önündə “Sent-Etyen” komandasını qəbul edib.Azərtac xəbər verir ki, qarşılaşmanın 9-cu dəqiqəsində itkin düşmüş futbolçu Emiliano Salanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xatırladaq ki, Emiliano Sala “Nant” klubunda 9 nömrəli formanı geyinib.İngiltərə Premyer Liqasında çıxış edən Uelsin “Kardiff Siti” klubunun yeni transferi Emiliano Salanın olduğu təyyarə yanvarın 21-də Kardiffə uçmaq üçün Fransanın Nant şəhərindən havaya qalxıb. Ancaq təyyarə təyinat məntəqəsinə çatmağa saat yarım qalmış radarlardan itib.Təyyarənin axtarışına iki helikopter və bir neçə gəmi cəlb olunsa da, sonradan axtarışlar dayandırılıb.Qeyd edək ki, “Kardiff Siti” argentinalı futbolçunun transferi üçün klub tarixində rekord məbləğ – 15 milyon funt sterlinq ödəyib. Klub futbolçu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalamışdı.xeber100.com