Fransa çempionatının ikinci tur matçı təxirə salınıb

26 Avqust 2020 12:05

Xəbər 1332 dəfə oxunub

PSJ və “Lens” komandaları arasında keçiriləcək Fransa çempionatının ikinci tur matçı təxirə salınıb.Azərtac xəbər verir ki, qərar Paris təmsilçisinin tələbinə əsasən qəbul edilib. Belə ki, PSJ “Lens” və yayımçı telekanalla ortaq qərara gəlib.Qeyd edək ki, daha əvvəl avqustun 29-na təyin edilən “Lens”-PSJ matçı sentyabrın 10-da baş tutacaq.xeber100.com