Fransa hökuməti səsvermədən yan keçərək pensiya islahatını qəbul etdi

17 Mart 2023 14:06

Xəbər 48 dəfə oxunub

Milli Assambleyada (parlamentin aşağı palatası) səs çoxluğuna əmin olmayan Fransa hökuməti Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinə əsaslanaraq, pensiya islahatını qəbul edib. Emmanuel Makronun fikrincə, əks təqdirdə ölkə çox böyük maliyyə riskləri ilə üzləşəcək.

Fransa hökuməti xalqın və əksər deputatların etirazına baxmayaraq, parlamentdən yan keçərək pensiya islahatı haqqında qanun layihəsinin qəbul olunduğunu elan edib. Bu qərardan sonra deputatların əksəriyyəti Milli Assambleyanı tərk edib, pensiya islahatına qarşı etirazlar daha da kəskinləşib.

Beləliklə, yetərincə səs toplaya bilməyəcəyinə əmin olan hökumət yeni pensiya islahatı haqqında qanun layihəsi səsverməyə çıxarmayacaq. Deputatlar heç kimin istəmədiyi islahatın zorla qəbul edilməsinin bütün ölkəni rejim böhranına sürükləmək əlaməti olduğunu deyirlər.

E.Makron Milli Assambleyada tərəfdarlarının azlıqda olmasını nəzərə alaraq riskə getmədi və yeni pensiya islahatını zorla həyata keçirmək qərarına gəldi.xeber100.com