Fransa Milli Assambleyası koronavirus epidemiyası ilə bağlı sanitar sənədin (peyvənd sənədi) istifadəsinə dair qanun layihəsini qəti şəkildə qəbul edib. Qanun layihəsi 60 saat müzakirələrdən sonra 156 lehinə, 60 əleyhinə və 14 bitərəf səslə qəbul olunub.Azərtac xəbər verir ki, sanitar sənədin istifadə dairəsinin genişlənməsi, tibb işçilərinin məcburi peyvənd edilməsi, COVID-19 virusuna yoluxma təqdirində 10 günlük təcrid olunma layihənin əsas tədbirləri arasındadır.Sanitar sənədin 50 –dən çox insanın toplaşdığı istirahət və mədəni tədbirlərdə tələb olunacağı bildirilib. 12-17 yaş kateqoriyasından olan yeniyetmələrdən sanitar sənədin sentyabrın 30-dan etibarən tələb olunacağı qeyd edilir.Sanitar sənəd tələb olunan sektorların işçiləri avqustun 30-dan peyvənd sənədini təqdim etməlidirlər. Peyvənd sənədi olmayan işçilər aylıq məvacibi ödənilmədən işdən uzaqlaşdırılacaq.Saxta sanitar sənəddən istifadə edənlər 135 avro cərimə ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…