Futbol üzrə Fransa millisi Qətərdə keçirilən dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib. Turnirin pley-off mərhələsində Polşa milli komandası ilə qarşılaşan Fransa yığması 44-cü dəqiqədə hesabı açıb. Olivye Jiru fərqlənməklə komandasını hesabda önə keçirib. Fransa seçməsi fasiləyə minimal üstünlüklə yollanıb.“Al Tumama” stadionunda oynanılan matçın 74-cü dəqiqəsində fransalı hücumçu Kilian Mbappe ikinci topu Polşa millisinin qapısından keçirib. Görüşün 91-ci dəqiqəsində K.Mbappe dubl edib. İkinci hissəyə əlavə edilmiş vaxtın sonuncu dəqiqəsində Fransa millisinin qapısına təyin olunmuş penalti zərbəsini Robert Levandovski dəqiq yerinə yetirərək Polşa millisinin təsəlli qolunu vurub. Beləliklə, Fransa millisi 3:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə vəsiqəni təmin edib.Fransa komandası dörddəbir final mərhələsində İngiltərə – Seneqal matçının qalibi ilə qarşılaşacaq. İngiltərə – Seneqal oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Qeyd edək ki, artıq Niderland və Argentina seçmələri dörddəbir finala vəsiqə qazanıb və bir-birinə rəqib olublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…