Fransa parlamentinin maliyyə komitəsinin yeni hesabatında…

9 Dekabr 2016 14:56

Xəbər 663 dəfə oxunub

Fransada yüksək maaş alanlar ölkəni tərk edirlər. Ölkə parlamentinin maliyyə komitəsinin yeni hesabatında bu məsələ xüsusilə vurğulanır.Azərtac “vergilər.az” saytına istinadla bildirir ki, araşdırmanın gedişində 4 mindən artıq ev təsərrüfatında sorğu aparılıb. Bu tendensiya illik gəliri sabit şəkildə 100 min avrodan artıq olan ailələr arasında 2007-ci ildən yaranıb. 2013-2014-cü illərdə ölkədən illik gəliri 300 min avrodan yüksək olan 1200 ailə köçüb. Bundan əlavə, hər il 700 min avrodan artıq pul qazanan 130 vətəndaş da öz ölkəsi ilə vidalaşıb.Ekspertlər hesab edirlər ki, “milyoner axınının” səbəblərindən biri ölkədə tətbiq olunan zənginlik vergisidir. İşgüzar dairələrin təkidi ilə zənginlik vergisinin dərəcəsi 75 faizdən 50 faizə endirilib.Lakin varlı fransızların öz ölkələrini tərk etmələri üçün vergi yeganə səbəb deyil. Rəyi soruşulanlardan bəziləri ölkədən köçməyi ailə vəziyyəti, yeni iş tapmaq kimi şərtlərlə əlaqələndiriblər. Əksəriyyəti isə deyib ki, bu qərarın qəbul edilməsinə zənginlik vergisinin yüksək olması təkan verib. Fransa emiqrantlarının daha çox üz tutduqları ölkələr isə Belçika, İsveçrə, Böyük Britaniya və ABŞ-dır.

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42