Fransada çimərlik güləşi üzrə dünya seriyası davam edir

17 İyul 2021 13:36

Xəbər 425 dəfə oxunub

Fransada çimərlik güləşi üzrə dünya seriyası davam edir.Azərtac xəbər verir ki, Sen-Loran-dü-Var şəhərində keçirilən birinci mərhələdə ölkəmizi 3 güləşçi təmsil edir. Mahal Novruzov, Rübail İbrahimli (hər ikisi 70 kq) və Orxan Abasov (90 kq) mübarizəyə qrup mərhələsindən start verib.Yetmiş kiloqram çəki dərəcəsində iştirakçı sayı çox olduğundan güləşçilər 4 qrupa bölünüb. C qrupunda yer alan Mahal Novruzov Portuqaliya güləşçisi üzərində inamlı qələbə qazansa da, Ukrayna idmançısına məğlub olub. D qrupunda qərarlaşan Rübail İbrahimli isə həm Fransa, həm də Yunanıstandan olan rəqiblərinə qalib gəlib.Orxan Abasov B qrupunda əvvəlcə Fransa, daha sonra isə Ukrayna güləşçisindən güclü olub və sona bir tur qalmış yarımfinala vəsiqəni təmin edib.Qrup mərhələsinin son qarşılaşmaları, eləcə də yarımfinal və final görüşləri iyulun 17-də keçiriləcək.Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyur.xeber100.com