Fransada prezident seçkiləri mayın 7-də keçiriləcək

25 Aprel 2017 15:05

Xəbər 890 dəfə oxunub

“İrəli” hərəkatının banisi Emmanuel Makron prezident seçkilərinin ikinci turuna çıxan kimi həm sağ, həm də sol cinahındakı uğursuz rəqiblərini ətrafında birləşdirən kompromis namizəd olub. Euronews telekanalı xəbər verir ki, seçkilərin ilk turunda üçüncü yeri tutan “Respublikaçılar” partiyasının namizədi Fransua Fiyon keçmiş rəqibi Makrona səs verəcəyini bildirib. Aprelin 24-də onun partiyasının üzvləri “Milli cəbhə” partiyasının lideri Marin Le Penə qarşı birləşib.İlk turda beşinci yerlə kifayətlənməli olan “Sosialist” partiyasının namizədi Benua Amon “İrəli” hərəkatının liderinə dəstək üçün bütün resurslarını cəmləyib.Fransa prezidenti də, həmçinin tərəfdarlarını özünün sabiq müşaviri və sosialistlərin hökumətində keçmiş iqtisadiyyat nazirinə səs verməyə çağırıb. Le Peni milli təhlükə adlandıran Fransua Olland Makronu dəstəklədiyini rəsmi şəkildə bəyan edib.Xatırladaq ki, Fransada prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək. Bu turda Emmanuel Makron və Marin Le Pen mübarizə aparacaqlar.xeber100.com

“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir

Şərqi Qazaxıstan vilayətinin Katon-Qaraqay rayonunda “Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir. Festivalın ilk gününün tədbirlərindən biri respublika elmi-praktik konfransı olub. Ölkənin hər yerindən gələn şair və yazıçılar, görkəmli ədəbiyyat və elm xadimləri festivalın Qazaxıstanın milli birliyinin möhkəmləndirilməsinə və mənəvi dirçəlişinə verdiyi töhfəni yüksək qiymətləndiriblər. Onların sözlərinə görə, Katon-Qaraqayın mənəvi turizm mərkəzinə çevrilməsi üçün hər cür əsas var. “Altay Türk sivilizasiyasının ürəyi, onun qızıl mədənidir. Türk dünyasının tarixi məhz buradan başlayır, buna görə də Altay bütün türk xalqları üçün əvəzsiz sərvətdir. “Mənəvi turizm” anlayışı artıq gündəlik həyata daxil olub: hara getməyimizdən asılı olmayaraq - Azərbaycana, Türkiyəyə, Özbəkistana - ziyalılar və sadə sakinlər Altayı əcdadlarının mənəvi Vətəni adlandırırlar. Bizim əsas vəzifəmiz bu mənəvi dəyəri bütün Türk dünyasına tanıtmaqdır”, - deyə Məclisin deputatı Yerlan Sairov vurğulayıb. Elmi görüş ideya və fikir mübadiləsi meydanına çevrilib. Şərqi Qazaxıstan Vilayət Dram və Operetta Teatrı yazıçının ömür yolunu bədii obrazlar vasitəsilə nümayiş etdirdiyi “Didaxmet Aşimxanuluya ithaf” kompozisiyasını təqdim edib. “Bu konfrans böyük mənəviyyat məktəbidir. O, bizi şair və yazıçılarımızın əsərlərini yenidən oxumağa vadar etdi. Katon-Qaraqay təkcə təbiəti ilə deyil, həm də mədəni irsi ilə fəxr edir”, - deyə Topqayın kənd Kəlixan İskak adına tam orta məktəbin direktoru Aydın Saylauxanulı qeyd edib. Festivalın ilk gününün yekun tədbiri “Böyük Altay Kəlixanı və Didaxmeti tərənnüm edir” adlı respublika poeziya festivalı olub. Tədbiri “Altay” folklor-etnoqrafik ansamblı, “Bərkıtbel” etnoansamblı, “Ən.Sal.Dar”, “Nazkonur”, “Daraboz” qruplarının kompozisiyaları bəzəyib.xeber100.com  

İyun 14, 2025 21:34

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42