Martın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinin (UFAZ) ilk idarəçilik iclası keçirilib.ADNSU-dan Azərtac a bildiriblər ki, tədbirdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, Strasburq Universitetinin (Unistra) vitse-prezidenti Benoit Tock, UFAZ-ın baş katibi Şarlotta Payen iştirak ediblər.İclasda idarəçiliyin keçirilməsi qaydaları, üzvlərin, tədris planlarının, daxili qaydaların, maliyyə məsələlərinin müəyyənləşdirilməsi, təsdiqi və digər məsələlər müzakirə olunub. Bunlarla yanaşı, UFAZ-ın daxili nizamnaməsinin təsdiqlənməsi, növbəti tədris ili üçün bu ali məktəbə yerli və xarici tələbələrin qəbul mexanizmi, UFAZ Fondunun yaradılması, UFAZ-ın növbəti tədris ili üçün nəzərdə tutulmuş maliyyə xərcləri ətrafında müzakirələr aparılıb.Sonra ADNSU ilə Unistra arasında UFAZ-ın Elmi Komitəsinin formalaşdırılması və Unistranın UFAZ üzrə mütəxəssislərinə uyğun bir neçə müqavilə də imzalanıb.Qeyd edək ki, idarəçilik iclası hər akademik ildə bir dəfə keçirilir. İclasda komitənin beş üzvü iştirak edir. Komitə üzvləri tərəflərin təmsilçilərindən ibarətdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…