Yaponiyanın “Asahi Power Services” şirkəti pilotsuz uçan aparatlar texnologiyasını yeni səviyyəyə çıxarıb. Belə ki, şirkətin yaratdığı tam avtonom “Free Parasol” çətiri küçədə istifadəçinin arxasınca hərəkət edərək onu yağışdan qorumaq məqsədilə kamera və süni intellektdən istifadə edir.Xarici KİV-lər xəbər verir ki, texnologiyanın artıq bir neçə avtonom pilotsuz uçan aparatlar tərəfindən istifadə olunmasına baxmayaraq, şirkət onu uçan çətirlər üçün adaptasiya etmək niyyətindədir. Pilotsuz çətir istifadəçiyə əlləri sərbəst buraxmağa imkan verərək onu həm yağışdan, həm də günəşdən qoruyur. Hazırda çəkisi 5 kiloqram təşkil edən qurğunun prototipi 20 dəqiqə ərzində fasiləsiz işləyə bilir. Dizaynerlər əmindir ki, gələcəkdə qurğunun çəkisini 1 kiloqramadək azaltmaq və uçuş vaxtını 1 saatadək artırmaq mümkün olacaq. Lakin uçuş vaxtı havadan və küləyin gücündən asılı olacaq.“Free Parasol” çətirinin gələn il satışa çıxarılacağı gözlənilir. Uçan çətir pilotsuz uçan aparatlar sırasına daxil olsa da, istifadəçini yağışdan qoruyan ilk qurğu olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…