“Fulhem” futbol klubu hollandiyalı hücumçunu heyətinə cəlb edib

16 Yanvar 2019 13:44

Xəbər 627 dəfə oxunub

İngiltərənin “Fulhem” futbol klubu “Beşiktaş”ın hollandiyalı hücumçusu Rayan Babeli heyətinə cəlb edib.Azərtac “Fulhem” klubunun saytına istinadla xəbər verir ki, 32 yaşlı hücumçunun mövsümün sonuna qədər “Fulhem”də forma geyməsinə dair müqavilə imzalanıb.İngiltərə mətbuatı isə “Fulhem”in Babelin transferi üçün İstanbul təmsilçisinə 2 milyon avro ödədiyini yazıb.Karyerasına 2004-cü ildə Hollandiyanın “Ayaks” klubunda başlayan Babel 2007-2011-ci illərdə “Liverpul”da çıxış edib. Hollandiyalı hücumçu cari mövsümdə “Beşiktaş”ın heyətində 19 oyunda 6 qol vurub. O, Hollandiya millisində isə 54 oyunda 8 dəfə fərqlənib.xeber100.com