Futbol klubları yoxlama görüşləri keçirəcəklər

10 İyun 2020 13:56

Xəbər 636 dəfə oxunub

İyunun 10-da Azərbaycan futbol klubları yoxlama görüşləri keçirəcəklər.Azərtac xəbər verir ki, paytaxt təmsilçisi “Neftçi” doğma meydanda “Keşlə”ni qəbul edəcək. “Bakcell Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.Günün digər matçında “Qəbələ” səfərdə “Sumqayıt”ın qonağı olacaq. “Kapital Bank Arena”da baş tutacaq oyun 20:00-da start götürəcək.Bakı təmsilçiləri “Zirə” və “Səbail” komandaları da üz-üzə gələcəklər. Zirə Olimpiya İdman Kompleksinin meydançasında keçiriləcək oyunun fiti saat 18:00-da veriləcək.Xatırladaq ki, ötən gün lider “Qarabağ” səfərdə “Sabah”ı 5:0 hesabı ilə məğlub edib.xeber100.com