“Futbol matçları zamanı təhlükəsizlik və mühafizə məsələləri”…

11 Noyabr 2016 10:39

Xəbər 726 dəfə oxunub

Noyabrın 15-də Bakıda “Futbol matçları zamanı təhlükəsizlik və mühafizə məsələləri” mövzusunda seminar keçiriləcək. Azərtac xəbər verir ki, UEFA-nın rəhbərliyi altında təşkil olunacaq seminar Bakıda 2020-ci ildə UEFA Avropa çempionatının final mərhələsinin dörd oyununun keçirilməsinə hazırlıq məqsədi daşıyır. Seminarda beynəlxalq və daxili oyunlar zamanı stadionlarda təhlükəsizlik məsələlərinə cavabdeh olan daxili işlər orqanlarının nümayəndələri, Premyer Liqa və I Divizion klublarının əməkdaşları və fan-klub əməkdaşları, AFFA və Peşəkar Futbol Liqasının nümayəndələri, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin nümayəndələrinin iştirakı nəzərdə tutulub. UEFA-nın Təhlükəsizlik departamentinin əməkdaşları Kennet Skott, Mark Timmer və Frosdik Stefen seminarda təhlükəsizlik və mühafizə məsələlərinə UEFA-nın yanaşması və konsepsiyası, stadionlarda təhlükəsizlik və mühafizə məsələləri üzrə məsul şəxslərin vəzifələri və oyun zamanı fan-klublarla işin təşkili mövzularında təqdimatlarla çıxış edəcəklər. Qeyd edək ki, seminarın sonunda iştirakçılara sertifikat təqdim olunacaq.xeber100.com