Futbol üzrə 16-cı Avropa çempionatının final matçında

11 İyul 2021 14:04

Xəbər 361 dəfə oxunub

İyulun 11-də futbol üzrə 16-cı Avropa çempionatının final matçında İtaliya və İngiltərə yığmaları qarşılaşırlar.Azərtac xəbər verir ki, “Uembli” stadionunda keçirilən oyunda İtaliya millisinin heyətində meydana Canluici Donnarumma, Emerson, Ciorcio Kellini (k), Leonardo Bonuççi, Ciovanni Di Lorenzo, Jorcinyo, Marko Verratti, Nikolo Barella, Federiko Kiesa, Lorenso İnsiqne və Ciro İmmobile çıxıblar.İngiltərə yığmasının start heyətində isə Cordan Pikford, Luk Şou, Harri Makuayr, Con Stons, Kayl Uolker, Kieran Trippier, Deklan Rays, Kalvin Filips, Meyson Maunt, Rahim Sterlinq və Harri Keyn (k) yer alıblar.Qarşılaşmanı niderlandlı Byörn Kuipers idarə edir.Bu komandalar indiyədək 27 dəfə qarşılaşıb. Onların 10-da İtaliya, 8-də isə İngiltərə millisi qalib gəlib. Doqquz oyun heç-heçə başa çatıb. Top nisbəti ingilislərin xeyrinədir – 33:31.Çempionatda son dərəcə inamlı oyun nümayiş etdirən İtaliya yığması A qrupundakı rəqiblərini – Türkiyə (3:0), İsveçrə (3:0) və Uels (1:0) seçmələrini məğlub edərək səkkizdəbir finala yüksəlib. Apennin təmsilçisi səkkizdəbir finalda Avstriyanı (2:1, əsas vaxt 0:0), dörddəbir finalda turnirin ən güclülərindən olan Belçikanı (2:1) mübarizədən kənarlaşdırıb. Apennin təmsilçisi yarımfinalda İspaniyanı (1:1, penalti 4:2) məğlub edərək finala yüksəlib.“Avro-2020”nin D qrupunda yer alan İngiltərə seçməsi isə Xorvatiya və Çexiya millilərinə minimal hesabla qalib gəlib (1:0), Şotlandiya ilə qolsuz heç-heçə edib. Komanda səkkizdəbir finalda Almaniyanı (2:0), dörddəbir finalda Ukraynanı (4:0), yarımfinalda isə Danimarka (2:1) millisini mübarizədən kənarlaşdırıb. Qeyd edək ki, İngiltərə millisi yarımfinal mərhələsinə kimi qapısını toxunulmaz saxlayan yeganə komanda idi.Xatırladaq ki, 1960-cı ildə keçirilən ilk Avropa çempionatının qalibi SSRİ yığması olub. Avropa çempionu titulunu ən çox Almaniya (1972, 1980, 1996) və İspaniya (1964, 2008, 2012) milliləri qazanıblar.Bakı Olimpiya Stadionu “Avro-2020”nin A qrupunun üç görüşünə və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edib. İyunun 12-də Uels-İsveçrə (1:1), 16-da Türkiyə-Uels (0:2), 20-də İsveçrə-Türkiyə (3:1) qarşılaşmaları Bakıda oynanılıb. Çempionatın dörddəbir final mərhələsi çərçivəsində iyulun 3-də Bakıda Uels – Danimarka (0:4) görüşü keçirilib.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02