Futbol üzrə 3×3 turniri keçirilib

31 May 2017 10:45

Xəbər 729 dəfə oxunub

AFFA-nın dəstəyi ilə “Grassroots” layihəsi çərçivəsində Bayıl stadionunda qızlar və oğlanlar arasında futbol üzrə 3×3 turniri keçirilib.Azərtac xəbər verir ki, turnirdə 2008-2010-cu il təvəllüdlü qızlardan ibarət 16, 2005-2007-ci il təvəllüdlü qızlardan ibarət 19, 2008-2010-cu il təvəllüdlü oğlanlardan ibarət 16, 2005-2007-ci il təvəllüdlü oğlanlardan ibarət 32 komanda qeydiyyatdan keçib.2008-2010-cu il təvəllüdlü qızların yarışında “Viktoriya”, 2005-2007-ci il təvəllüdlülərin mübarizəsində isə “Gömrükçü” birinci olublar.2008-2010-cu il təvəllüdlü oğlanların yarışında “Gömrükçü”, 2005-2007-ci il təvəllüdlülərin yarışında isə “Güclülər” turnirin qalibi adını qazanıblar.Yarışda 300-dən artıq futbolçu iştirak edib.xeber100.com