Futbol üzrə 5-ci turun daha bir oyunu keçirilib

17 Sentyabr 2018 11:03

Xəbər 736 dəfə oxunub

Sentyabrın 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turun daha bir oyunu keçirilib.Azərtac xəbər verir ki, turun üçüncü matçında debütant “Sabah” klubu “Əlincə Arena”da “Qəbələ”ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb (1:0). Oyunun taleyini 23-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Marko Deviçin vurduğu qol həll edib. Bu, ukraynalı hücumçunun cari mövsümdə vurduğu 6-ci qol olub və bombardirlik yarışında liderliyə yüksəlib. Bu qələbədən sonra xalını 9-a çatdıran “Sabah” birinci pilləyə yüksəlib. Aktivində 4 xalı olan “Qəbələ” isə 4-cü sıradadır.Qeyd edək ki, IV turun ilk iki oyununda “Qarabağ” evdə “Sumqayıt”ı məğlub edib – 1:0. “Səbail” – “Zirə” görüşündə isə 1:1 hesablı heç-heçə qeydə alınıb.Beşinci tura “Neftçi” – “Keşlə” matçı ilə yekun vurulacaq.xeber100.com