Futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə-Uels oyunu idarə edəcək hakimlər briqadasının tərkibi açıqlanıb.Azərtac xəbər verir ki, qarşılaşmanın baş hakimi portuqaliyalı Artur Diaş olacaq. Ona həmyerliləri Rui Taveres və Paulu Soareş kömək edəcək. Dördüncü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirəcək. Videonəzarət sistemi (VAR) üzrə hakim isə portuqaliyalı Joau Pineyro olacaq.Türkiyə – Uels matçı saat 20:00-da başlayacaq.Xatırladaq ki, Türkiyə millisi çempionatın açılış matçında Romada İtaliya yığmasına 0:3 hesabı ilə uduzub. Uels seçməsi isə Bakı Olimpiya Stadionunda İsveçrə yığması ilə heç-heçə edib – 1:1.Bakı Olimpiya Stadionu iyunun 20-də İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.“Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…