Futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçiriləcək 3 qrup oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır.Azərtac xəbər verir ki, bunların sırasına “Avro 2020”yə həsr olunmuş “İntellektual Kubok” da daxildir. Turnirə qatılacaq iştirakçılar Avropa çempionatının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar, tanınmış futbolçular, eləcə də ev sahibi şəhərlər ilə bağlı sualları düzgün cavablandırmağa çalışacaqlar. “İntellektual Kubok”da 40 komandanın iştirakı nəzərdə tutulur. Hər komandanın heyətində minimum 4, maksimum 6 oyunçu mübarizə apara bilər.Qeyd edək ki, turnir “Nə? Harada? Nə zaman?” intellektual oyununun qaydaları əsasında keçiriləcək. Oyun zamanı iştirakçılar əvvəlcədən müəyyənləşdirilmiş vaxt çərçivəsində sualları düzgün cavablandırmağa çalışacaqlar. İntellektual yarışın aparıcısı isə tanınmış televiziya və radio aparıcısı – DJ Fatehdir.Tədbirin sonunda ilk 3 yerin sahibinə müvafiq olaraq kubok və medallar təqdim olunacaq. Eyni zamanda, hər 3 komandaya Bakıda keçiriləcək “Avro 2020” oyunlarından birinə biletlər hədiyyə ediləcək. Bundan əlavə, birinci yerə 1200, ikinci yerə 900, üçüncü yerə isə 600 manat dəyərində pul mükafatı veriləcək.“İntellektual Kubok” fevralın 16-da Bakıda keçiriləcək. Qeyd edək ki, tədbir Azərbaycan dilində olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…