“Adidas” firması 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi topunun adını açıqlayıb.Azərtac xəbər verir ki, çempionatın topu ingiliscə “birlik” (unity) və “eyforiya” (euphoria) sözlərinin əsasında “Uniforia” adlandırılıb.Avropa çempionatının 60 illiyini qeyd etmək məqsədilə gələn yay keçiriləcək “Avro 2020”nin final mərhələsinin matçları qitənin 12 müxtəlif ölkəsində oynanılacaq. Turnirin məhz bu yeni formatı rəsmi oyun topunun tərtibatı üçün ilham mənbəyi olub.“Uniforia”nın tərtibatı körpülərin kəsişməsi, hüdudların qarışması, həmçinin sənət və futbolun təkrarolunmaz qarışığı ilə turniri müşayiət edəcək müxtəliflik anlayışlarını əhatə edir. Bu elementlər 2018-ci ildə start götürmüş tərtibat prosesinin başlanğıc nöqtələri idi.“Rəsmi topun tərtibatı zamanı biz həmişə mədəniyyəti – stadionda qürurla nümayiş etdirə biləcəyimiz küçə ruhunu əks etdirməyə çalışırıq”, – deyə “Adidas”ın məhsul dizayneri Anika Mari Kenno bildirib. O deyib ki, hazırda bizim bütün şəhərlərimizdə gördüyümüz əsas xüsusiyyət bir yerə toplaşmaq və dəyişiklik üçün birləşmək ehtiyacının mövcud olmasıdır. Dünyada əsas idman tədbirlərindən biri olaraq “Avro 2020” bu cür birliyin gücünü qürurla nümayiş etdirmək, eləcə də insanları, ideyaları və yaradıcılıqları birləşdirən bir qüvvə olaraq idmanı bayrama çevirmək üçün böyük bir imkandır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…