Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

12 Fevral 2019 11:22

Xəbər 541 dəfə oxunub

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Xorvatiya millisinə qarşı keçiriləcək oyundan əvvəl Bakıda təlim-məşq toplanışı təşkil olunacaq.Azərtac xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç fevralın 12-də keçirdiyi mətbuat konfransında deyib.“Hazırlığın vaxtı hələ müəyyənləşməyib. Bu, yaxın günlərdə məlum olacaq. Hücumameyilli futbolçunu çox bəyənirəm. Səfərdə Xorvatiya, doğma meydanda isə Macarıstan yığmalarına qarşı taktikamız fərqli olacaq”, – deyə Nikola Yurçeviç əlavə edib.xeber100.com