Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsi çərçivəsində ilk oyunlar keçiriləcək.Apasport.az saytının məlumatına görə, mərhələnin ən çox gözlənilən matçı İtaliyada oynanılacaq. “Milan” doğma azarkeşləri önündə “Arsenal”ı qəbul edəcək.Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la rəqib olmuş “Atletiko” da tura evdə start verəcək. Madrid təmsilçisi Moskva “Lokomotiv”i ilə üz-üzə gələcək.Avropa Liqasında mübarizə aparan 3 Rusiya klubundan yalnız MOİK doğma azarkeşlər önündə oynayacaq. MOİK Fransa “Lion”unu sınağa çəkəcək. Turnirin güclü komandalarından hesab olunan Dortmund “Borussiya”sı Avstryanın “Zalsburq” klubu ilə ilk matçda sərfəli nəticə əldə etməyə çalışacaq. Almaniyanın digər təmsilçisi “Leyptsiq” doğma meydanda Rusiya “Zenit” ilə görüşəcək.
Avropa Liqası
1/8 final, ilk oyunlar
22:00. “Milan” (İtaliya) – “Arsenal” (İngiltərə)
22:00. “Atletiko” (İspaniya) – “Lokomotiv” (Rusiya)
22:00. “Borussiya D.” (Almaniya) – “Zalsburq” (Avstriya)
22:00. MOİK (Rusiya) – “Lion” (Fransa)
00:05.”Latsio” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna)
00:05. “Leyptsiq” (Almaniya) – “Zenit” (Rusiya)
00:05. “Marsel” (Fransa) – “Atletik” (Bilbao, İspaniya)
00:05. “Sportinq” (Portuqaliya) – “Viktoriya” (Plzen, Çexiya).xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…